Novruz bayramı ilə əlaqədar siniflərdə təşkilat saatları təşkil olunur

Məktəbin ibtidai sinif müəllimi Huseynova Mehriban rəhbərlik etdiyi 4 "A" sinfində İlaxır çərşənbə münasibətilə tədbir təşkil etmişdir. Müəllimə şagirdlərə Novruz çərşənbələrinin tarixi haqqında, adət-ənənələrimiz barədə məlumatlar verib, şagirdlər səhnəciklər nümayiş etdirib, şeir mahnı və rəqslər ifa etdilər, yumurta döyüşdürüb, hazırladıqları təqdimatları göstərdilər.

 

Məktəbin ibtidai sinif müəllimi Ağayeva Mehriban rəhbərlik etdiyi 2 "B" sinfində milli bayramımız olan Novruz bayramı münasibətilə tədbir kəçirilib. Müəllimə şagirdlərə Novruz bayramının tarixi haqqında məlumat verib, şagirdlər şeirlər və mahnılar ifa edib, həmçinin şagirdlərin əl işlərindən ibarət sərgi də nümayiş etdirilib.

 

Məktəbin Azərbaycan dili və ədəbiyyat fənn müəllimi Zeynalova Nailə 5 "B" sinfində Novruz bayramına və ilaxır çərşənbəyə aid tədbir keçirib, Novruz adət - ənənələri, inancları, bayram şirniyyatları, bahar nəğmələri, oyun və tamaşaları haqqında şagirdləri məlumatlandırıb.Tədbirdə bayramın tarixi haqqında videoslayd nümayiş etdirilib və şagirdlərin ifasında nəğmələr səsləndirilib. Tədbirdə Novruzun ən gözəl və bədii ifadəsi verilmiş dahi şairimiz Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasından bir hissə şairin öz səsi ilə dinlənildi. Şagirdlər arasında maraqlı fikir mübadiləsi aparılıb.

 

Məktəbin tarix müəllimi Şövqiyyə Əliyeva rəhbərlik etdiyi 5 "B" sinfində Novruz bayramı münasibətilə təşkilat saatı -  bayram şənliyi təşkil olunub. Təşkilat saatında şagirdlər öz təqdimatları ilə çıxış ediblər, əyləniblər.

 

Məktəbin ibtidai sinif müəllimi Rəhimə Kərimova rəhbərlik etdiyi 1 "C" sinfində Novruz bayramı münasibətilə tədbir təşkil etmişdir. Tədbirdə şagirdlər Novruz bayramının tarixi haqqında, adət-ənənələrimiz barədə məlumatlar verib, səhnəciklər nümayiş etdirib, şeir mahnı və rəqslər ifa ediblər.

 

Məktəbin ibtidai sinif müəllimi Mətanət Alməmmədova rəhbərlik etdiyi 2 "C" sinfində Novruz bayramı münasibətilə tədbir təşkil etmişdir. Tədbirdə Novruz bayramının əsas personajları olan Kosa və Keçəl də iştirak etmişdir. Müəllimə şagirdlərə Novruz bayramının tarixi haqqında, adət-ənənələrimiz barədə məlumatlar verib, şagirdlər səhnəciklər nümayiş etdirib, şeir mahnı və rəqslər ifa etdilər, yumurta döyüşdürüb, hazırladıqları təqdimatları göstərdilər.

 

Məktəbin ibtidai sinif müəllimi Məlahət Kərimova rəhbərlik etdiyi 4 "B" sinfində Novruz bayramı münasibətilə tədbir təşkil etmişdir. Müəllimə şagirdlərə Novruz bayramının tarixi haqqında, adət-ənənələrimiz barədə məlumatlar verib, şagirdlər səhnəciklər nümayiş etdirib, şeir mahnı və rəqslər ifa ediblər, yumurta döyüşdürüb, hazırladıqları təqdimatları göstəriblər. Təşkilat saatında şagirdlərin əl işlərindən ibarət sərgi də nümayiş etdirilmişdir.

 

Məktəbin 6 "E" sinfində rəhbərlik edən Xədicə Əkbərova Novruz bayramı münasibətilə təşkilat saatı keçirmişdir. Müəllimə şagirdlərə Novruz bayramının tarixi haqqında, adət-ənənələrimiz barədə məlumatlar verib, şagirdlər səhnəciklər nümayiş etdirib, şeir, mahnı və rəqslər ifa ediblər.

 

Məktəbin ibtidai sinif müəllimi Cəfərli Şəbnəm rəhbərlik etdiyi 3 "C" sinfində Novruz bayramı münasibətilə təşkilat saatı keçirmişdir. Təşkilat saatında şagirdlər şeirlər, mahnılar səsləndirmiş, rəqslər ifa etmiş, səhnəciklər nümayiş etdirmişdir.

 

Məktəbin ibtidai sinif müəllimi Günel Məmmədova rəhbərlik etdiyi 3 "B" sinfində Novruz bayramı münasibətilə təşkilat saatı keçirmişdir. Təşkilat saatında şagirdlər şeirlər, mahnılar səsləndirmiş, rəqslər ifa etmiş, səhnəciklər nümayiş etdirmişdir.

 

Məktəbin ibtidai sinif müəllimi Zülfiyə Əliyeva rəhbərlik etdiyi 2 "Ç" sinfində Novruz bayramı münasibətilə təşkilat saatı keçirmişdir. Təşkilat saatında şagirdlər şeirlər, mahnılar səsləndirmiş, rəqslər ifa etmiş, səhnəciklər nümayiş etdirmişdir.

 

Məktəbin ibtidai sinif müəllimi Güşvər Rəhimova rəhbərlik etdiyi 3 "Ç" sinfində Novruz bayramı münasibətilə təşkilat saatı keçirmişdir. Təşkilat saatında şagirdlər şeirlər, mahnılar səsləndirdilər.

 

Məktəbin ibtidai sinif müəllimi Mehriban Ağayeva rəhbərlik etdiyi 2 "A" sinfində Novruz bayramı münasibətilə tədbir təşkil etmişdir. Tədbirdə şagirdlər Novruz bayramının tarixi haqqında, adət-ənənələrimiz barədə məlumatlar verib, səhnəciklər nümayiş etdirib, şeir mahnı və rəqslər ifa etdilər.

 

Məktəbin ibtidai sinif müəllimi Dilbər Məmmədova rəhbərlik etdiyi 0 '"C" məktəbə hazırlıq qrupunda və 4 "D" sinfində Novruz bayramı münasibətilə tədbir təşkil etmişdir. Tədbirdə şagirdlər Novruz bayramının tarixi haqqında, adət-ənənələrimiz barədə məlumatlar verib, səhnəciklər nümayiş etdirib, şeir mahnı və rəqslər ifa etdilər.

 

Tədbirlərdən hazırlanmış videolara məktəbin rəsmi feysbuk səhifəsində baxa bilərsiniz.

LİNKLƏR:

https://www.facebook.com/watch/?v=2734015070064036

https://www.facebook.com/watch/?v=1267632397093731 

https://www.facebook.com/watch/?v=1799987146873118 

https://www.facebook.com/watch/?v=546924656589836

https://www.facebook.com/watch/?v=487837029736580

https://www.facebook.com/watch/?v=2147560108733891

https://www.facebook.com/watch/?v=290285196511807

https://www.facebook.com/watch/?v=293244849443919

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi