“Ən yaxşı təqdimat” müsabiqəsinin məktəb mərhələsi keçirilib
Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin məktəb mərhələsi keçirilmişdir. Tədbirdə direktor müavini Anar Miriyev, müəllimlər və şagirdlər iştirak ediblər.Direktor müavini ulu öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyi, inkişafı və xoşbəxt gələcəyi naminə danılmaz xidmətlərindən söz açıb, sonra müsabiqə haqqında tədbir iştirakçılarına məlumat verib. Daha sonra müsabiqəyə qatılan şagirdlər öz təqdimatlarını təqdim ediblər. Qiymətləndirmə qrupu çıxışları izləyib, dəyərləndiriblər. Yekunda ən yaxşı təqdimat olaraq seçilmiş şagirdin hazırladığı videotəqdimat şəhər mərhələsində iştirak hüququ qazanıb.