"Ûçölçülü dünyaya addım" layihəsinin bağlanış tədbiri keçirilib
Bakı şəhəri Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəbin Təhsildə inkişaf və innovasiyar üzrə V Qrant Müsabiqəsində qalib olmuş "Ûçölçülü dünyaya addım" layihəsinin bağlanış tədbiri keçirilib. Tədbirdə ilk öncə layihə rəhbəri Rahim Novruzov və təlimçi Aynur Abdullayeva çıxış etdilər. Daha sonra şagirdlər 3 ay müddətində qazandıqları bilikləri yoldaşları ilə bölüşdülər. Eyni zamanda şagirdlərin dərs prosesində hazırladıqları maketlər də nümayiş etdirildi. Sonda layihə iştirakçıları sertifikatlarla təltif edildilər.