1 Mart - Mülki Müdafiə Günü məktəbdə qeyd edildi
Məktəbdə 1 mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirmə tədbirləri keçirilmişdir. Məktəbin GÇH rəhbəri Bəylər Kərimov şagirdlərə 1 mart – Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı, yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektə kimyəvi kəşfiyyatın təşkili ilə bağlı zəruri tədbirlər haqqında məlumat vermiş. əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah etmişdir.
Məktəbdə şagirdlərin iştirakı ilə təlim də keçirilib. Şagirdlər ilkin yardım və təxliyə zamanı bacarıqlarını nümayiş etdiriblər.
Siniflərdə isə fövqəladə hal anlayışı, mülki müdafiə, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın, partlayış, zəhərlənmə təhlükəsindən mühafizə, dəm qazından zəhərlənmənin profilaktikası, "112" zəng xidmətindən istifadə mövzularında ətraflı məlumatlar verilib. Eləcə də şagirdlərin fövqəladə hallarla bağlı bilikləri yoxlanılıb. Həmçinin məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgi də nümayiş etdirilmişdir.
Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarətdir.