"Şuşa ili" çərçivəsində məktəbdə rəsm sərgisi keçirildi
Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq məktəbimizdə Tədbirlər Planı təsdiq olunub. Tədbirlər Planına əsasən il ərzində "Qarabağın tacı Şuşa" ilə bağlı silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Belə tədbirlərdən biri də məktəbdə istedadlı şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi olmuşdur. Sərgi məktəbin foyesində nümayiş etdirilmişdir. Sərgi izləyənlər tərəfindən maraqla qarşılanmışdır. Şuşa ili ilə bağlı olaraq məktəbdə mütəmadi olaraq tədbirlərin keçirilməsi davam etdiriləcəkdir.