“Xocalı-ağrım mənim” adlı ədəbi-bədii gecə keçirildi
Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar məktəbdə təşkil olunan silsilə tədbirlər planına uyğun olaraq məktəbin konfrans zalında direktor müavini Anar Miriyevin rəhbərliyi və tarix fənn müəllimi Məmmədova Hicranın təşkilatçılığı ilə dəyirmi masa formatında ədəbi-bədii gecə keçirildi. Tədbirdə direktor müavini Anar Miriyev, uşaq birliyi rəhbəri Ətlas Rəhimova, məktəbin psixoloqu Çinarə Həsənova, müəllimlər və şagirdlər iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və Şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edildi. Daha sonra soyqırımla bağlı hazırlanmış videotəqdimat nümayiş etdirildi. Sonra müəllim tədbir iştirakçılarına Xocalı soyqırımı haqqında ətraflı məlumat verdi. Ardınca şagirdlər faciə barədə çıxışlar etdilər, şeirlər, mahnılar səsləndirdilər. Sonda çıxış edən direktor müavini Anar Miriyev belə tədbirlərin gənclərin vətənpərvər ruhda formalaşması üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.