Ana dili günü ilə bağlı intellektual yarış təşkil olundu

Beynəlxalq Ana Dili Günü ilə bağlı məktəbdə tərtib olunmuş tədbirlər planına uyğun olaraq məktəbin Azərbaycan dili və ədəbiyyat fənn müəllimi Pəri Allahverdiyevanın təşkilatçılığı ilə 5 "Ç" və 5 "C" sinifləri arasında "Qrammatik döyüş" adlı intellektual yarış keçirilmişdir. Yarışda məktəbin Azərbaycan dili və ədəbiyyat fənn metodbirləşmə sədri Nailə Zeynalova, Azərbaycan dili və ədəbiyyat fənn müəllimi Gularə Namazova və digər müəllimlər iştirak etdilər. Şagirdlər qrup şəkilində sözlərin düzgün yazılışı, deyiliş qaydaları və s. mövzularda sulları cavablandırdılar. Eyni zamanda şagirdlər arasında "Zəif bənd" intellektual oyunu da təşkil edildi. Oyunda şagirdlər qısa zaman ərzində onlara ünvanlanan sualları cavablandırdılar və sona qalıb ən yüksək nəticə göstərən şagirdlər xüsusilə fərqləndilər. Sonda yüksək nəticə göstəren şagirdlər Fəxri fərmanla təltif edildi və hər iki sinif şagirdlərin göstərdikləri nəticələrə uyğun olaraq Diplomla mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi