İrəvan Müəllimlər Seminariyasının 140 illiyi münasibətilə onlayn dəyirmi masa təşkil olundu
İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi məqsədilə hazırlanmış tədbirlər planına uyğun olaraq təşkilatçı direktor müavini Anar Miriyevin rəhbərliyi ilə silsilə tədbirlərin keçirilməsi davam etdirilir. Növbəti belə tədbir məktəbin Azərbaycan dili və ədəbiyyatı fənn müəllimi Ofelya Mirzəmmədova tərəfindən 10B sinif şagirdləri ilə onlayn dəyirmi masa formatında təşkil olunmuşdur. Müəllim şagirdlərə seminariyanın tarixi, fəaliyyəti, müəllimləri və məzunları haqqında geniş məlumatlar vermişdir. Şagirdlər də öz fikirlərini bölüşərək müzakirələrdə fəal iştirak ediblər.