İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ilə əlaqədar təqdimat hazırlanıb

“İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən 2021-ci il 29 dekabr tarixli Sərəncam imzalamışdır.Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin 31.01.2022-ci il tarixli F-43 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə BŞTİ tərəfindən Tədbirlər Planı hazırlanmışdır.Buna uyğun olaraq məktəbdə də, bir sıra silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.Məktəbin tarix fənn müəllimi Əliyeva Şövqiyyənin 5B sinif şagirdi Əkbərov Murad tərəfindən seminariyanın fəaliyyəti ilə bağlı təqdimat hazırlanmışdır.

 

Millət yaratdığı şərəfli tarixi ilə özünü ifadə edir. İndi yadlara, yağılara qalan qədim İrəvan şəhərində 140 il bundan əvvəl fəaliyyətə başlayan Müəllimlər Seminariyası təhsil və pedaqoji fikir tariximizin, maarifçilik tariximizin, milli mədəniyyət tariximizin və kimliyimizin parlaq səhifələrindən birini təşkil edir.

İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin keçirilməsi ilə bağlı Sərəncam təhsil tarixinin şərəfli bir səhifəsinin daha ətraflı öyrənilməsinə, tədqiq və təbliğ olunmasına təkan verəcəkdir.

 

Təqdimatın videosuna məktəbin rəsmi feysbuk səhifəsində baxa bilərsiniz. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi