"Narkomaniya uçurumdur" adlı maarifləndirici tədbir keçirildi

11 fevral 2022-ci il tarixində Məktəbin akt zalında tərbiyə işləri üzə direktor müavini Anar Miriyevin təşkilatçılığı ilə "Narkomaniya uçurumdur" mövzusunda maarifləndirici tədbir keçirildi.Tədbirdə direktor müavini Anar Miriyev, məktəbin psixoloqu Çinarə Həsənova, məktəbin həkimi İsgəndərova Tahirə, məktəbin uşaq birliyinin rəhbəri Ətlas Rəhimova, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbirdə çıxış edənlər bildiriblər ki, narkomaniyanın yayılması sağlam həyat tərzi üçün təhlükə yaradır. Narkotik maddələrin qəbul edilməsi isə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyatda proseslərə qarşı laqeydlik yaradır. Cəmiyyətin böhranlı dövründə narkomanlıq artır, sosial münasibətlərə mənfi təsir göstərir. Narkomaniya orqanizmin zəifləməsinə və fiziki gücün düşməsinə gətirib çıxarır. Qeyd edilib ki, narkotik maddələr – tələdir! Bu tələyə  bir dəfə düşən insanın oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməmək kimi tövsiyələr verilib.Həmçinin şagirdlərə sosial şəbəkələrdə diqqətli olmaları tövsiyə edilib.

Tədbirin gedişində şagirdləri maraqlandıran suallar cavablandırılıb və narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici materiallar nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi