8 mart hədiyyəsi

Bakı şəhəri Nizami rayonu K.Əyyubov adına 12№-li tam orta məktəbdə 10 mart 2015-ci il tarixində “8 Mart beynəlxalq Qadınlar Günü”nə həsr edilmiş şagirdlərin hazirladığı bayram konserti keçirildi. Bayramda qonaq qismində məktəbin qadın müəllimləri, valideyn və şagirdləri iştirak etdilər. Hər bir şagird bacardığı bir musiqi alətində çalırdı, milli rəqslədə qadın müəllimləri sevindirdilər. Şagirdlər Cavidan Quliyev və Cavid Mehdizadə qarmonda, Fariz Məmmədov, Əli Hüseynov və İlkin Abdullayev nağarada, Elcan Əhmədəliyev, İbrahim İbrahimli, Elvin Nağılı və İskəndər Mehdizdə tarda ifa etdilər. 3”a” sinif şagirdi Ramilə Qədiməliyeva “Şən Azərbaycan”, “Sudan gələn sürməli qız”, 6”c” sinif şagirdi Sevgi Rüstəmli “Sarı gəlin” və 5”ç” sinif şagirdi Yetər Hüseynova “Bu qala daşdı qala” rəqslərini ifa etdilər. 1”ç” sinif şagirdi İbrahim Əhmədov şair Fikrət Qocanın “Ananın Gözləri”, 7”d” sinfin şagirdi Zeynəb Əhmədova C.Cabbarlının “Ana” şeirini söylədilər. bunlarla bərabər şagirdlər Aytən Məmmədova, Nərmin Həsənli, Aytən Əliyeva, Aidə Həsənova, Şəhanə Mürsəlova, Mələk Cəfərova, Leyla Rüstəmova, İsa Abdullayev, Rəqsanə Şirinzadə, Nuray Quliyeva. Yəhyəzadə Nərmin və Nihad Əhmədovda anaya həsr edilmiş şeirlərini söylədilər. Tədbir kollektivin “Yallı” rəqsinin ifasında tamamlandı. Tədbirin sonunda məktəbin direktoru Əli Alıyev çıxışında qadın müəllimləri, anaları təbrik etdi və şagirdlərə bu gözəl hədiyyələrinə görə təşəkkürünü bildirdi.