"Qanlı yaddaşımız" adlı dəyirmi masa və ədəbi bədii gecə keçirildi
20 Yanvar faciəsinin 32 - ci ildönümü münasibətilə məktəbdə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq məktəbin konfrans zalında tərbiyə işləri üzrə direktor müavini Anar Miriyevin rəhbərliyi və tarix fənn müəllimi Aynur Rəhimovanın təşkilatçılığı ilə 8 "Ç" və 8 "C" sinif şagirdlərinin təqdimatında hazırlanmış "Qanlı yaddaşımız" adlı dəyirmi masa və ədəbi bədii gecə keçirildi.Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Anar Miriyev, məktəbin psixoloqu Çinarə Həsənova, uşaq birliyi rəhbəri Ətlas Rəhimova, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Ardınca tədbirin təşkilatçısı Aynur Rəhimova tədbir iştirakçılarına və şagirdlərə 20 Yanvar faciəsi haqqında məlumat verdi. Sonra söz şagirdlərə verildi. Şagirdlər vətənpərvərlik ruhunda yazılmış şeirlər səsləndirdi, səhnəciklər nümayiş etdirildi. Həmçinin tədbirdə 20 yanvar faciəsinə həsr olunmuş slaydlar nümayiş etdirildi. Sonda Anar Miriyev tədbirin hazırlanmasında əziyyəti keçən hamıya öz təşəkkürünü bildirdi, bu tip tədbirlərin şagirdlərin vətənpərvərlik ruhunda yetişməsində böyük xidmətləri olduğunu diqqətə çatdırdı və xalqımızın öz şəhidlərinin xatirəsini həmişə qəlbində yaşadacağını bildirdi.
Allah Şəhidlərimizə Rəhmət Eləsin!