Şagirdlərin bioloji təcrübələri
Məktəbdə fəaliyyət göstəren Kiçik Akademiyanın tədbirlər planına uyğun olaraq məktəbin konfrans zalında şagirdlərin tədqiqat bacarıqlarını inkişaf etdirmək məqsədilə təlim tərbiyə işləri üzrə direktor müavini Natəvan Mustafayevanın rəhbərliyi və biologiya müəllimlərinin təşkilatçılığı ilə bioloji təcrübə adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə təlim - tərbiyə işləri üzrə direktor müavini Natəvan Mustafayeva, tərbiyə işləri üzrə direktor müavini Anar Miriyev, Uşaq birliyi rəhbəri Ətlas Rəhimova, biologiya müəllimləri və şagirdlər iştirak etdilər. Tədbiri giriş sözü ilə açan Natəvan Mustafayeva Kiçik Akademiyanın fəaliyyətindən bəhs etmiş, şagirdlərin tədqiqat bacarıqlarının inkişaf etdirilməsi məqsədilə belə tədbirlərin mütəmadi olaraq keçiriləcəyini vurğulamışdır. Sonra Biologiya fənn metodbirləşmə sədri çıxış etdi və tədqiqat aparan şagirdləri təqdim etdi. Sonda şagirdlər keçirdikləri bioloji təcrübələri tədbir iştirakçıları ilə bölüşdülər.