“Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib
Prezident İlham Əliyevin Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib.Tədbir 10B sinif rəhbəri Mirzəmmədova Ofelyanın təşkilatçılığı ilə baş tutub.Maarifləndirici tədbirdə direktor müavini Anar Miriyev, uşaq birliyi rəhbəri Ətlas Rəhimova, məktəbin həkimi və şagirdlər iştirak ediblər.Tədbirdə gənclər arasında bu kimi zərərli vərdişlərin mənfi fəsadları haqqında, onun həyatımıza və sağlamlığımıza təhlükə, mənəviyyatımıza və dinimizə zidd olması barədə məlumatlar verilib.Daha sonra maarifləndirici videoçarx nümayiş etdirilib.Şagirdlər şərti olaraq bir gəncin bu bəlaya necə düçar olması və dostlarının yardımı ilə bu bəladan necə xilas olmasını maraqlı səhnəciklər şəklində canlandırıblar.Sonda çıxış edən direktor müavini Anar Miriyev və məktəbin həkimi narkomaniyanın acı fəsadlarından bəhs edərək qeyd ediblər ki, narkomaniya ilə mübarizə istiqamətlərində maarifləndirmə, təbliğat və profilaktika işlərinin aparılması vacibdir.Son vaxtlar respublikamızda narkotik vasitələrə qarşı mübarizənin xeyli gücləndiyi, bu sahəyə cavabdeh olan dövlət orqanlarında fəallığın artırıldığı vurğulanıb. Çıxışçılar sağlamlıq üçün ciddi təhlükə yaradan və cinayətkarlığın artmasına təkan verən narkomaniyanın ən böyük sosial bəlalardan biri olduğu barədə ətraflı məlumat verərək yeniyetmə gəncləri “narkomaniyaya yox” deməyə, sağlam həyat və mənəvi kamilliyə çağırıblar.