Şagirdlər yol hərəkəti qaydalarına dair maarifləndirilir
Məktəbdə şagirdlər mütəmadi olaraq yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilir.
“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn məsələlərlə bağlı təhsil müəssisələrində məktəblilər arasında yol hərəkəti qaydalarını təbliğ etmək və öyrətmək, onları yol qəzalarından qorumaq məqsədilə “Yol hərəkətinin təhlükəsizliyi”, “Yol hərəkəti qaydalarına riayət edək”, “Diqqət uşaqlar!” mövzularında maarifləndirici tədbirlər təşkil edilir. Həmçinin yol nişanlarına aid fotostendlər hazırlanır, şagirdlər arasında rəsm müsabiqələri keçirilir.
Maarifləndirici tədbirlərin keçirilməsində məqsəd şagirdlərin təhlükəsizliyinin, yol hərəkəti ilə bağlı onların həyat və sağlamlıqlarının qorunmasını təmin etməkdən ibarətdir.
Tədbirlərdə şagirdlərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumatlar verilir və yolda daha diqqətli olmaları tövsiyə edilir. Yol təhlükəsizliyi qaydalarına riayət olunmasının vacibliyi şagirdlərin diqqətinə çatdırılır.
Maarifləndirmə çərçivəsində şagirdlər yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid müxtəlif şeirlər və mahnılar səsləndirir, səhnəciklərlə çıxış edirlər.İbtidai sinif müəllimi Mehriban Hüseynova da belə maarifləndirici tədbirlərə hər zaman fəal şəkildə qoşulan və şagirdləri məlumatlandıran müəllimlərimizdən biri olaraq, sinifdə şagirdləri mövzu ilə bağlı maarifləndirmiş, həmçinin onlara videotəqdimat şəklində yol hərəkəti qaydalarını, yol nişanlarını, yol hərəkəti təhlükəsizliyini izah etmişdir.Şagirdlər də öz növbəsində müxtəlif səhnəciklər və çıxışlarla əyani şəkildə yol inşanları barədə fikirlərini bölüşüblər.