“Aşıq Ələsgər və  Azərbaycan  folkloru” mövzusunda  yaradıcılıq  müsabiqəsinin məktəb mərhələsi keçirilib

Azərbaycan Respublikası  təhsil  nazirinin  26.07.2021-ci il tarixli  F-372  nömrəli əmri ilə  təsdiq  olunmuş  “Aşıq  Ələsgərin 200 illik  yubileyinin  qeyd  edilməsi  ilə  bağlı  Təhsil  Nazirliyinin Tədbirlər Planı”nın icrasını təmin etmək, təhsilalanları ustad  sənətkarın həyat  və yaradıcılığı, Azərbaycan  folkloru və xalq  ədəbiyyatının mühüm  hissəsi olan aşıq  sənəti ilə  tanış  etmək, istedadlı  şagirdləri üzə çıxarmaq, onların  bədii-estetik səviyyəsini yüksəltmək və yaradıcılıq  potensialını inkişaf etdirmək, yaradıcı məktəblilərə dəstək  olmaq məqsədilə Bakı Şəhəri  üzrə Təhsil İdarəsi  tərəfindən  “Aşıq Ələsgər və  Azərbaycan  folkloru” mövzusunda  yaradıcılıq  müsabiqəsi keçirilir.Müsabiqə  şeir, mahnı və  yaradıcı iş  olmaqla  3  nominasiya  üzrə keçirilir.Məktəbin konfrans zalında 25 oktyabr tarixində müsabiqənin məktəb mərhələsi keçirilib.Şagirdlərin çıxışları qiymətləndirilib.Yekun nəticəyə əsasən şeir nominasiyası üzrə 9c sinif şagirdi Eyubova Nərmin,mahnı nominasiyası üzrə 6c sinif şagirdi Kasumov Zəfər və yaradıcı iş(esse) nominasiyası üzrə 8b sinif şagirdi Bayramlı Nuray növbəti mərhələdə iştirak hüququ qazanıblar.

Qeyd edək ki, müsabiqə    iki mərhələdə keçirilir:

Məktəb mərhələsi -  08 oktyabr – 01 noyabr   2021-ci il.

Şəhər mərhələsi -  02  noyabr – 25   noyabr  2021-ci il.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi