Məktəbdə “Mütaliə aylığı” elan edilib

Məktəbdə şagirdlərin mütaliəyə təşviqi işini gücləndirmək məqsədilə direktor müavini Anar Miriyev və kitabxana müdiri İsgəndərova Natəvanın təşkilatçılığı ilə  ənənəvi olaraq keçirilən  “Mütaliə aylığı” çərçivəsində şagirdlərdə mütaliə mədəniyyətini formalaşdıran, onları mütaliəyə həvəsləndirən tədbirlər təşkil olunub.İlk olaraq Azərbaycan dili və ədəbiyyatı fənn müəllimi Mirzəmmədova Ofelya 7D sinif şagirdləri ilə birgə məktəbin kitabxanasında oldular. Şagirdlər müxtəlif əsərlər və şeirlər toplusu olan kitablarla tanış oldular.Şagirdlərin elmi-kütləvi və bədii ədəbiyyat nümunələrinin oxusuna təşviq edilməsi, onlarda mütaliə vərdişləri və mədəniyyətinin yaradılması istiqamətində tədbirlər digər siniflər üzrə oktyabr ayı boyunca davam etdiriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi