“Zərərli vərdişlərə yox deyirik” adlı maarifləndirici tədbirlər keçirilir

Oktyabrın 15-də məktəbdə  “Zərərli vərdişlərə yox deyirik” adlı  maarifləndirici tədbirlər keçirildi.

Tədbirlərdə çıxış  edən tərbiyə işləri üzrə direktor müavini Anar Miriyev, psixoloq Çinarə Həsənova və məktəbin həkimi məktəblilərə mövzu haqqında danışaraq, zərərli vərdişlərin insanın fiziki sağlamlığına və psixologiyasına vurduğu zərərlər, ailədaxili münasibətlərdə yaratdığı problemlər barədə məlumat vermiş, onları yaxşı vərdişlər qazanmağa və öz sağlamlıqlarının qeydinə qalmağa səsləmişlər.  

Tədbirdə mövzu ilə bağlı müzakirələr  təşkil  olunmuş, şagirdlərə maarifləndirici bukletlər paylanılmışdır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi