Enerji içkilərinin zərərləri barədə şagirdlər məlumatlandırıldı
Oktyabrın 15-də məktəbdə şagirdlər enerji içkilərinin zərərləri barədə geniş məlumatlandırıldılar..
Tədbirlərdə çıxış edən tərbiyə işləri üzrə direktor müavini Anar Miriyev, psixoloq Çinarə Həsənova və məktəbin həkimi məktəblilərə mövzu haqqında danışaraq, enerji içkilərinin kiçik yaş qruplarında olan uşaqlarda yuxusuzluq, piylənmə, böyrək xəstəlikləri, sinir sisteminin pozğunluqlarına və s. səbəb olduğunu bildirdilər.Qeyd edildi ki, bu qida məhsulları daha çox fiziki və zehni gücü artıran məhsullar olaraq ictimaiyyətə təqdim edilsə də, insanların sağlamlığı üçün zərərli tərəfləri mövcuddur. Ümumdünya Səhiyyə Təşkilatı hazırladığı hesabatda enerji içkiləri üçün kofein məhlulunun maksimum həddinin müəyyənləşməsini, marketinq fəaliyyətlərində standartların tətbiq olunmasını, enerji içkilərinin uşaqlara satılmasının qarşısının alınmasını məsləhət görür.
Tədbirdə mövzu ilə bağlı müzakirələr təşkil olunmuş, şagirdlərə maarifləndirici bukletlər paylanılmışdır.