“Aşıq Ələsgərin söz dünyası” adlı ədəbi-bədii gecə və şeir-mahnı müsabiqəsi keçirildi

14 OKtyabr 2021-ci il tarixində məktəbin kitabxanasında direktor müavini Anar Miriyev və Uşaq Birliyi Rəhbəri Ətlas Rəhimovanın təşkilatçılığı ilə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş  “Aşıq Ələsgərin söz dünyası” adlı ədəbi-bədii gecə və şeir müsabiqəsi keçirildi.İlk öncə çıxış edən kitabxana müdiri İsgəndərova Natəvan qeyd etdi ki,Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edilir. Bununla bağlı 18 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalamışdır.Aşıq Ələsgərin xalq ruhu ilə həmahəng əsərləri Azərbaycan mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Onun dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir.Daha sonra çıxış edən məktəbin Azərbaycan dili və ədəbiyyatı fənn müəllimi Gülməmmədova Rəhilə Aşıq Ələsgər yaradıcılığının zəngin bir xəzinə olmasından bəhs etmiş, sağlığında böyük nüfu qazanmış qüdrətli sənətkarın yaradıcılığının bütün Türk dünyası üçün önəmli olduğunu diqqətə çatdırmış və bu tip tədbirlərin keçirilməsinin mühümlüyünü vurğulamışdır.O, həmçinin əlavə etdi ki,  Aşıq Ələsgərin ədəbi irsi aşıq yaradıcılığının bütün janrlarına böyük təsir göstərmişdir. Aşıq şeirinin əksər janrlarında bir-birindən dəyərli əsərlər yaradan sənətkarın zəngin irsi bu gün də öz dəyərini qoruyub saxlayır.Daha sonra tədbirdə şagirdlər Aşıq Ələsgərin şeirlərindən parçalar oxudu, Aşıq Ələsgərin sozlərinə bəstələnmiş mahnılar ifa etdilər.Sonda direktor müavini Anar Miriyev çıxış edənlərə və iştirakçılara təşəkkür etdi və ustad sənətkarla bağlı silsilə tədbirlərin tərtib olunmuş plana uyğun davam edəcəyini bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi