Məktəbin direktor müavini Anar Miriyev Təhsil Nazirliyi tərəfindən təltif edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində fəaliyyət göstərən  63 nəfər təhsil işçisi təltif edilib.

Belə ki, ölkə Prezidentinin sərəncamlarına əsasən, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 1 direktor 3-cü dərəcəli “Əmək” ordeni, 7 nəfər “Tərəqqi” medalı ilə təltif edilib. Paytaxt üzrə 7 müəllim isə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Həmçinin təhsil nazirinin əmri ilə 16 nəfər “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə, 32 nəfər isə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı” ilə təltif olunub.Təltif olunanlar arasında məktəbin tərbiyə işləri üzrə direktor müavini Anar Miriyev də var.Təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim - tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə və 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə  Anar Miriyev Azərbaycan Respublikası Təhsil Nazirinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi