Müəllim və şagirdlərimiz kitab festivalında iştirak ediblər
Bakı Expo Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VIl Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimi keçirilib.
Kitab festivalı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə ithaf olunub.
Açılış mərasimində Baş nazirin müavini Əli Əhmədov, mədəniyyət naziri Anar Kərimov, təhsil naziri Emin Əmrullayev, Xalq yazıçısı Anar Rzayev və Türkiyənin turizm və mədəniyyət naziri Ahmet Demircan çıxış edib.
Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar, məşhur əcnəbi yazıçılar və aktyorlar iştirak ediblər.
Çingiz Abdullayev, Gülseren Buğdayıcıoğlu, Elxan Elatlı, Sinan Yağmur, Toğrul Mehti Niyazi, Ercan Kesal və digər tanınmış yazıçı və məşhur şəxslər sərgidə günün “fəxri qonağı"dır.
İştirakçılar tərəfindən sərgidə satışa çıxarılacaq bütün kitablara böyük endirimlər nəzərdə tutulur.Festivalı ziyarət edənlər arasında məktəb rəhbərliyinin təşkilatçılığı ilə məktəbin müəllim və şagirdləri də olub.7ç sinif rəhbəri İsmayılova Seyidbəyim ,şagirdləri və məktəbin məsul nümayəndəsi Nazənin Qasımova sərgini maraqla izləyiblər.
Qeyd edək ki, sərgi-yarmarka oktyabrın 10-dək fəaliyyət göstərəcək.