Müharibə iştirakçıları olan müəllimlərlə görüş

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Vətən Müharibəsində iştirak edən müəllimlərlə görüş keçirilib.

 

Görüşə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və Vətən Müharibəsi iştirakçısı olmuş müəllimlər qatılıb.Tədbirdə Vətən müharibəsi iştirakçısı məktəbin direktor müavini Anar Miriyev də iştirak etmişdir.

 

Mehriban Vəliyeva Beynəlxalq Müəllimlər Günü münasibətilə Vətən Müharibəsində iştirak edən bütün müəllimləri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Azərbaycan müəlliminin qarşısında duran ən mühüm vəzifələrdən birinin gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək olduğunu deyən İdarə müdiri onların qalib ordunun təmsilçisi kimi şagirdlərinin təkcə müəllimi yox, həm də canlı qəhrəmanı olduqlarını nəzərə çatdırıb.

 

Vətən Müharibəsində iştirak edən müəllimlər BŞTİ tərəfindən göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. 

 

Sonda Vətən Müharibəsi iştirakçısı olmuş müəllimlər BŞTİ rəhbərliyi ilə xatirə şəkli çəkdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi