Anım Günü məktəbdə silsilə tədbirlərlə qeyd edildi
Məktəbdə 27 sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirildi. Məktəb rəhbərliyi Anım Günü münasibətilə siniflərdə təşkil olunmuş tədbirlərdə iştirak etdi. Şagirdlər şəhidlər haqqında çıxışlar etdi, vətənə həsr olunmuş şeirlər, mahnılar səsləndirdi, kompozisiyalar nümayiş etdirdilər. Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbirlər zamanı, 4A sinif rəhbəri Mehriban Hüseynova müharibə iştirakçısı Qocayev Qəzənfər Müzəffər oğlunun şagirdlərlə görüşünü təşkil etdi.Müharibə iştirakçısı keçdiyi döyüş yolundan, vətənpərvərl olmağın vacibliyindən danışdı.Qeyd edək ki, 23 Sentyabr 2020-ci ildən ön cəbhəyə texnika daşınmasına yardım edən Qəzənfər döyüşlərə hərbi xidmətdə olan iki oğlu ilə qatılıb.Ağdam rayonundan başlayaraq Şuşaya qədər gedən döyüş yolu keçiblər.Hazırda oğlanlarından biri hələ də hərbi xidmətdədir.Həmçinin, 4B sinif rəhbəri Kərimova Məlahət Vətən Müharibəsi iştirakçısı məktəbin direktor müavini Anar Miriyevə özünün və şagirdlərinin adından simvolik hədiyyə təqdim etdi.Anar Miriyev müəlliməyə və şagirdlərə diqqətə görə təşəkkür etdi və şagirdlərə özünün döyüş yolundan, eyni zamanda Vətən Müharibəsində qazandığımız şanlı qələbənin önəmindən bəhs etdi.Qeyd edək ki, Anar Miriyev döyüşlərə ilk qatılanlardan olub.21 sentyabr 2020-ci ildə təlimlərə qatılandan sonra 27 sentyabr tarixində Füzulidən başlayaraq Cəbrayıl,Xocalı,Xocavənd və Şuşa itiqamətlərində döyüşlərdə iştirak edib.Onu da əlavə edək ki, hər iki müəllim tərəfindən maraqlı bir təşəbbüs irəli sürülüb.Belə ki, tədbir boyu şagirdlərin əllərində Şəhidlərin şəkli olmuş və hər şagird dəftərinin üzərində üç Şəhidimizin şəkli və qısa məlumat yerləşdirilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!