Məktəbimizin direktor müavini təhsil işçilərinin sentyabr konfransında çıxış edib

Sentyabrın 21-də Bakı şəhəri təhsil işçilərinin “Zəfər ili: sınaqlar və hədəflər” konfransı keçirilib.

Konfransda təhsil naziri Emin Əmrullayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkilləri, nazirliyin və BŞTİ-nin struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər və media nümayəndələri iştirak ediblər.

 

Tədbirdən öncə qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin, daha sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.

Konfrans Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən, möhtəşəm zəfəri bizə yaşadan Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra 2020-2021-ci tədris ili ərzində BŞTİ-nin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub

Tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva hesabat məruzəsi ilə çıxış edib.

Təhsil naziri Emin Əmrullayev tədris ilinin başlanması münasibətilə təhsil işçilərinə təbriklərini çatdırıb, uğurlardan və mövcud problemlərin həlli istiqamətində atılacaq addımlardan, perspektiv məsələlərdən bəhs edib, yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunub. 

Çıxış edənlər arasında Vətən Müharibəsi iştirakçısı, məktəbimizin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini Anar Miriyev də olmuşdur.Konfrans BŞTİ-nin nəzdindəki 4 və 5 nömrəli Uşaq-Gənclər İnkişaf mərkəzlərinin xor ansamblının ifasında "Zəfər" mahnısı ilə başa çatıb.

Konfransın videosunu aşağıdakı linkə daxil olub izləyə bilərsiniz:

 

https://www.youtube.com/watch?v=PmUIMMEc61M

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi