Tədqiqatçı Ragnhild Thori ilə onlayn görüşdə şagirdlərimiz də iştirak edib

2021-ci ilin “Nizami Gəncəvi İli”nin elan olunması ilə əlaqədar Nizami irsini araşdıran beynəlxalq tədqiqatçılarla – Nizamisevərlərlə görüşlərə başlanılmışdır. Belə ki, Nizami Gəncəvinin yaradıcılığını tədqiq edən Norveçli araşdırmaçı Ragnhild Thori ilə seçilmiş məktəblərdən olan istedadlı şagirdlər arasında onlayn formatda görüş keçirilmişdir.Görüşdə məktəbimizdən 9D sinif şagirdləri Ağayev Nicat, Mirzəmmədova Azərin və Nəsibov Alpər iştirak ediblər.

Tədbir zamanı uzun illər Nizaminin əsərlərini tədqiq edən Ragnhild Thori mütəfəkkirin poemalarının təhlili barədə geniş məlumat vermişdir. Xanım tədqiqatçı Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərini kiçik yaşlı oxucuların anlayacağı üsluba uyğunlaşdırmış və zəngin miniatürlərlə bəzədilmiş kitabın 2012-ci ildən etibarən müxtəlif vaxtlarda cəmi 6600 nüsxədə 3 dildə nəşr olunmasına nail olmuşdur. Azərbaycanda olarkən yığcam formaya salınmış əsərin Gəncə şəhərində təhsil alan məktəblilər tərəfindən xarici dildə səsləndirildiyi və Şəkinin Kiş qəsəbəsində uşaqların ifasında səhnələşdirildiyi barədə məlumat vermişdir.

Məlumat üçün qeyd edək ki, xarici tədqiqatçı geniş araşdırmalar zamanı “Xəmsə”də yer alan əsərlərin təkcə baş qəhrəmanlarını deyil, eyni zamanda digər obrazların da ruhi-psixoloji portretini dəqiq təhlil etmiş, süjet xətti boyunca dəyişən halların xronologiyasının müfəssəl izahını oxucuların diqqətinə çatdırmağa nail olmuşdur.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi