Məktəbimiz “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinə qoşulub

Məktəbimizin X sinif şagirdləri məktəb rəhbərliyi tərəfindən “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinə qoşulub. Layihənin əsas məqsədi aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin həyatda uğur əldə etmələrinə dəstək və töhfə vermək və bununla Azərbaycan cəmiyyətinə yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaqdır. Layihəyə seçilmiş gənclər ilboyu qəbul imtahanına hazırlaşaraq əlavə
dərslərdə iştirak edirlər. Həmçinin, gənclərin hərtərəfli inkişafına yönəlmiş müxtəlif tədbirlər və psixoloq ilə iş təşkil olunur.Qeyd edilən rayonların orta məktəblərində Azərbaycan bölməsi üzrə 11-ci sinif şagirdləri Layihənin 2020-2021-ci tədris ilində iştirak edə bilərlər.Bir neçə mərhələdən ibarət olan seçim prosesində namizədlər aşağıdakı meyarlar üzrə qiymətləndiriləcəklər:

namizədin ümumi intellektual səviyyəsi, təhsil alma istək və həvəsi, ailənin sosial durumu.

 

Şagirdlər əvvəlcədən müəyyən olunmuş imtahan binasına gələrək imtahan verəcəklər. İmtahanın keçirildiyi yer barədə məlumat əvvəlcədən şagirdlərə göndəriləcək.

 

Növbəti mərhələyə kim keçəcək?

  • Layihənin əhatə etdiyi rayonların birində yaşayan və həmin rayonda yerləşən məktəblərin birində cari tədris ilində Azərbaycan bölməsi üzrə 10-cu sinifdə növbəti təbris ilindən etibarən isə (yəni ki, bu ilin sentyabr ayından) 11-ci sinif şagirdi olacaq gənclər
  • I, II, III və IV ixtisas qrupları üzrə ali məktəbə qəbul olmağa hazırlaşanlar

 

Qeyd: Layihədə yalnız Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi