Şagirdimiz "Hər şəhid bir çinardır" yazı müsabiqəsinin qalibləri sırasında

"Hər şəhid bir çinardır" yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı
Odlar Yurdu universitetində Vətən müharibəsi şəhidlərinin adını əbədiləşdirmək məqsədi ilə Bakı məktəbliləri arasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ), Nərimanov rayon İcra Hakimiyyəti, Gəncliyə Yardım Fondu, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Hər şəhid bir çinardır” adlı yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
Mükafatlandırma mərasiminə qazilər, şəhid ailələrinin üzvləri, şəhid övladları, Türkiyənin ölkəmizdəki səfirliyi, Müdafiə Nazirliyi, icra hakimiyyəti rəsmiləri, rektorlar, xalq artistləri və əməkdar artistlər, KİV nümayəndələri qatılıblar.
Müsabiqədə məktəbi təmsil edən 9 "B" sinif şagirdi Hüseynova Samirə qaliblər sırasında fərqlənib.
Müsabiqənin məqsədi gənclərdə vətənpərvərlik hisslərini gücləndirmək və şəhid olan bütün vətən övladlarını hafizələrərə əbədi həkk etməkdir.