Məktəbimizin direktor müavini Anar Miriyev BŞTİ rəhbərliyi tərəfindən təltif olundu
27 may 2021 - ci il tarixdə məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən vətən müharibəsində iştirak edən müəllimlərlə görüş keçirilib. Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, qazi müəllimlər və İdarənin müvafiq struktur bölmə rəhbərləri iştirak edib.
Görüş Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
28 may-Respublika Günü münasibətilə qazi müəllimləri təbrik edən BŞTİ müdiri dərslərində Qarabağ tarixini şagirdlərinə öyrədən, vətənpərvərlik tərbiyəsi verən müəllimlərin Vətən Müharibəsində öz keçmiş şagirdləri ilə çiyin-çiyinə döyüşərək şanlı zəfərin qazanılmasında iştirak etdiyini və canlı vətənpərvərlik nümunəsi göstərdiyini deyib.
Görüş zamanı şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Məktəbin tərbiyə işləri üzrə direktor müavini Miriyev Anar Həsənağa oğlu Vətən müharibəsində göstərdiyi igidlik və şücaətinə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən Təşəkkürnamə ilə təltif edilmişdir.