28 May Respublika Günü münasibətilə məktəbdə tədbir keçirildi
Yüz üç il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
Tariximizin ən parlaq və şanlı səhifələrindən olan 28 May Respublika Günü münasibətilə məktəbin tarix müəllimi Şövqiyyə Əliyeva 5 "C" sinfində Azərbaycan Xalq Cümhuriyətinin yaranması haqqında məruzə ilə çıxış etdi. Dərsin gedişində 28 May Respublika Günü münasibətilə hazırlanmış videoçarx şagirdlərə təqdim edildi, şagirdlər şeirlər səsləndirdi və bu günün tarixi haqqında biliklərini yoldaşları ilə bölüşdülər.