ADPU-nun 100 illik yubileyi ilə əlaqədar onlayn seminar-dərs keçirildi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi ilə əlaqədar olaraq məktəbdə də tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına uyğun olaraq seminar, konfrans və dəyirmi masaların keçirilməsi nəzərdə tutulmuşdur.
Belə tədbirlərdən biri də məktəbin Azərbaycan dili və ədəbiyyat fənn müəllimi Ofelya Mirzəmmədovanın təşkilatçılığı 8 "C" sinfində baş tutmuşdur. Onlayn qaydada keçirilən seminarda şagirdlər ali təhsil müəssisəsinin tarixi, görkəmli məzunları haqqında maraqlı təqdimatlarla çıxış etdilər. Eyni zamanda müəllimə də Azərbaycan Dövlət Pedaqoji Universitetinin təhsilin inkişafında, müəllimlərin savadlı kadr kimi yetişməsində böyük rolu olduğunu şagirdlərin nəzərinə çatdırdı.
Xəbərin videosunu aşağıdakı linkə keçid edərək izləyə bilərsiniz.
https://www.facebook.com/175613789706692/videos/975919326545921