Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi məktəbimizdə qeyd olundu
Prezident İlham Əliyevin Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən Təhsil Nazirliyi də tədbirlər planı hazırlayıb və Sərəncamdan irəli gələn məsələlərin həllinə dair müəyyən işlər görülüb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi ilə əlaqədar olaraq məktəbdə də tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına uyğun olaraq seminar, konfrans və dəyirmi masaların keçirilməsi nəzərdə tutulmuşdur.
Belə tədbirlərdən biri də məktəbin direktoru, direktor müavinləri və pedaqoji heyətin iştirakı ilə onlayn qaydada baş tutmuşdur. Onlayn qaydada keçirilən konfransda ali təhsil müəssisəsinin müəllim hazırlığı sahəsində və pedaqoji təhsilin inkişafına verdiyi töhfələrdən söz açılmışdır