Şagirdlərimiz “Hər kitab bir xəzinədir” adlı  sosial layihədə fəal iştirak edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Hər kitab bir xəzinədir” adlı  sosial layihəyə start verilib.

 

23 Aprel-Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş layihənin əsas məqsədi oxu vərdişlərini inkişaf etdirmək və kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdan ibarətdir. Sosial layihədə mütaliə həyəcanı yaşamaq, mütaliəni vərdişə çevirmək istəyən məktəbli, valideyn və pedaqoji işçilər iştirak edə bilərlər.

 

Hər bir iştirakçı mütaliə etdiyi kitabdan bəyəndiyi hissəni oxuyaraq video görüntü formatında #HərKitabBirXəzinədir həştəqi ilə “Facebook” sosial şəbəkəsində paylaşmalıdır.

 

Məktəbimizin şagirdləri də sosial layihə də fəal iştirak etmişdir.Şagirdlərimizin videoları feysbuk səhifəmizdə paylaşılmışdır.Aşağıdakı keçiddən məktəbin feysbuk səhifəsinə daxil olub videoları izləyə bilərsiniz.

 

https://www.facebook.com/Kamil-%C6%8Fyyubov-ad%C4%B1na-12-N%C3%B6mr%C9%99li-Tam-Orta-M%C9%99kt%C9%99b-175613789706692/

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi