Məktəbin müəlliməsi Mirzəməmmədova Ofelyanın məqaləsi
Azərbaycan ölkə başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə enerji, nəqliyyat sahəsində yeni zirvələr fəth edir
Pandemiya dövründə yaşadığımız bir ərəfədə nəqliyyata və enerjiyə nəzarətin gücləndirilməsi vacib hesab edilir. Müasir dövrdə havanın çirklənməsi əvvəlki illərə nisbətən daha çoxdur. Bu da nəqliyyatın artması ilə əlaqədardır. Son illər respublikamızda avtomobil parkının yüksək səviyyədə genişlənməsi insanların rahatlığı üçün əlverişli şərait yaradır. Hal-hazırda dəmir yolu, avtomobil, dəniz, çay və hava nəqliyyatı xidmətlərin keyfiyyətinin yüksəldilməsi, nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin olunması ölkədə yüksək səviyyəyə çatmışdır. Eyni zamanda, Azərbaycan dövləti Prezident İlham Əliyevin düşünülmüş fəaliyyəti nəticəsində Xəzər dənizi, Qara dəniz regionunda nəqliyyat əməkdaşlığının istiqamətlərində çox işlər görür.
Dövlətimiz möhkəmlənib. Cənubi Qafqazda ən qüdrətli ölkəyə çevrilib. Bu gün Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir, hətta xaricə də böyük miqdarda ixrac edir və böyük vəsait qazanır.
Hazırda Azərbaycanda istehsal edilən elektrik enerjisinin böyük bir hissəsi ənənəvi enerji mənbələri hesabına başa gəlir. Bu qaz elektrik stansiyaları hesabına başa gəlir.
Azərbaycanın bir sıra ərazisində həm günəşli, həm də küləkli günlərin sayının çox olması respublikada alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üçün böyük imkanlar yaradır. Prezident İlham Əliyev bu sahənin inkişafına böyük diqqət göstərir. Məsələn, bir sıra bölgələrdə günəş panelləri quraşdırılır və bu müəyyən qədər istehlakçını elektrik enerjisi ilə təmin edir. Dövlətimiz dünyaca məşhur «Masdar» şirkəti ilə bərpa olunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair müqavilələr imzalayıb.
Məktəbin müəllimi Mirzəməmmədova Ofeliya