Aprel döyüşləri ilə bağlı onlayn tədbir keçirildi
2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişədən 5 il ötür.
Aprel döyüşlərinin 5 - ci ildönümü ilə əlaqədar olaraq məktəbin Azərbaycan dili və ədəbiyyat fənn müəllimi Nailə Zeynalovanın təşkilatçılığı ilə 5 "C" sinif şagirdlərinin təqdimatında dördgünlük müharibəyə həsr olunmuş videokonfrans baş tutmuşdur. Microsoft Teams platforması üzərindən keçirilən tədbirdə şagirdlər təqdimatlarla çıxış etdilər.