İki şagirdimiz "Azərbaycan Milli Mətbəxi" rəsm müsabiqəsində iştirak edir

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli Kulinariya Mərkəzi Azərbaycan milli mətbəxinin gənc nəslə tanıdılması və bu sahəyə marağın artırılması məqsədilə "Azərbaycan Milli Mətbəxi" mövzusunda rəsm müsabiqəsi elan edib. Məktəbimizdən 2 şagird - 8D Zari Aişə və 7Ç Qədiməliyeva Nigar öz rəsm əsərləri ilə müsabiqəyə qoşulublar. Şagirdlərimizə uğurlar arzulayırıq.