Şagirdlərimiz ingilis layihəsinin Nizami rayonunda tətbiqi ilə bağlı maarifləndirildi
2019-cu ilin iyul ayından Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti və Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə paytaxtın Nərimanov rayonunda həyata keçirilən bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin təşkil edilməsi layihəsi növbəti mərhələyə keçib. Müqavilə şərtlərinə uyğun olaraq mart ayının 1-dən etibarən paytaxtın Nizami rayonu da bu layihəyə qoşulub.
İşlərə hazırlıq ərəfəsində Nizami rayonunda 380 ədəd konteyner meydançası yaradılıb, bura 2 rəngdə - yaşıl və narıncı rəngli yeni, müasir konteynerlər quraşdırılıb. Rayonda əhali arasında maarifləndirmə işləri aparılır. Sakinlərin rahatlığı üçün hər mənzilə yaşıl və narıncı rəngli çeşidləyici paketlər və izahedici bukletlər paylanılıb, bloklara, həyətlərə, binalara maarifləndirici posterlər yapışdırılıb.
İlkin mərhələdə Bakı Şəhər və Nizami Rayon İcra Hakimiyyətlərinin əməkdaşları, bələdiyyə, təsərrüfat xidmətləri, gənclər və “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri təbliğat və izahetmə işlərində yaxından iştirak edirlər.Məktəbimiz də maarifləndirmə və təbliğat işində fəal iştirak edir.
Direktor müavini Anar Miriyev, UBTR Ətlas Rəhimova, psixoloq Çinarə Həsənova və müəllimlər tərəfindən şagirdlərə şəhərimizin təmiz saxlanılmasının, gözəlləşməsinin, ətraf mühitin və sağlamlığımızın qorunmasının, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasının vacibliyi izah olunmuşdur. Şagirdlərə maarifləndirici bukletlər paylanmışdır.