Vətən Müharibəsi iştirakçısı Şəhid Qasımov Kamran məktəbimizdə yad edildi

Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında məktəbimizin fəaliyyət planına uyğun olaraq məktəbin müxtəlif sinifləri tərəfindən müxtəlif tədbirlər həyata keçirilir, şeir,inşa, rəsm müsabiqələri keçirilir,divar qəzetləri hazırlanır, müharibə iştirakçıları ilə görüşlər həyata keçirilir,şagirdlər zəfər tariximiz ilə bağlı, Qarabağımıza, qüdrətli ordumuzun şanlı qələbəsinə həsr olunan videotəqdimatlar hazırlayır, Şəhidlərimizə həsr olunan Şəhid guşələri təşkil edilir, Şəhidlərimizin adı ilə nümunəvi siniflər yaradılır, Şəhidlərin valideynləri ilə görüşlər keçirilir.Fevral ayının 9-da  növbəti belə görüş və Şəhid guşəsinin yaradılması Məlahət müəllimənin 3b sinfi tərəfindən təşkil edildi.Vətən Müharibəsi iştirakçısı Şəhid Qasımov Kamrana həsr olunmuş tədbirdə Şəhidin atası,yaxınları, məktəbin rəhbərliyi, müəllimlər, şəhidin müəlliməsi olmuş həmin sinfin valideyni və şagirdlər iştirak edirdi.Həmçinin sinfin yanında şəhidə həsr olunan guşə də yaradılıb.İlk öncə bütün şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.Sonra şəhid haqqında çıxışlar oldu,xatirələr yada salındı.Şagirdlər şəhidlərimizə həsr olunan şeirlər səsləndirdilər.Sonda şəhidin atası göstərilən diqqətə görə məktəb rəhbərliyinə, müəlliməyə və şəhid guşəsinin yaradılmasında əməyi olan valideynlərə təşəkkürünü bildirdi.Qeyd edək ki, Kamran Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi