Risk qrupuna daxil olan şagirdlərlə bağlı mütəmadi tədbirlər həyata keçirilir

Risk qrupunu müəyyən etmək üçün VII - IX siniflərdə diaqnostika məqsədilə sorğular keçirilmişdir. Sinif rəhbərlərinə risk qrupuna aid olan şagirləri müəyyən etmək üçün sorğu anketləri paylanılmış, Risk qrupuna aid olan şagirdlərlə treninq proqramına başlanılmışdır. Həmin qrupa daxil olan şagirdlərin valideynləri ilə konsultativ görüşlər keçirilmişdir.
İbtidai siniflərdə bu istiqamətdə diaqnostik işlər görülmüş, bulinqlə bağlı yuxarı siniflərdə maarifləndirici söhbətlər aparılmışdır. Valideynlərin məktəblə sıx əlaqədə olması, övladlarında olan çatışmazlıqları vaxtında məktəb rəhbərliyinə bildirmələri təklif edilmişdir.