Vətən müharibəsi iştirakçısı Anar Miriyevlə onlayn görüş keçirildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Vətən müharibəsi ilə bağlı fəaliyyət planına əsasən şagirdlərin ordu sıralarında xidmətə mənəvi - psixoloji cəhətdən hazırlanmasını təmin etmək məqsədilə məktəbin fizika müəllimi Dürdanə Əhmədovanın rəhbərlik etdiyi 5 "D" sinif şagirdlərinin iştirakı ilə Vətən müharibəsində iştirak etmiş əsgər və qazilərlə görüşlər silsiləsindən məktəbin direktor müavini Vətən müharibəsi iştirakçısı Anar Miriyevlə onlayn görüş keçirilmişdir. Tədbirdə şagirdlər vətənpərvərliyə aid çıxışlar etmiş, şeirlər səsləndirmiş və II Qarabağ müharibəsi qəhrəmanları haqqında məlumat vermişlər. Sonda Vətən müharibəsi iştirakçısı olan Anar Miriyev şagirdlərə müharibədəki təəssüratlarından və tarix yazan Ordumuzun şücaətindən ətraflı məlumat vermişdir.