"Qarabağ Azərbaycandır!" adlı intellektual müsabiqədə məktəbimizin şagirdi fərqlənib

Şagirdlərdə vətənpərvərlik, Vətənə məhəbbət hissinin formalaşmasının ən vacib məqamlarından biri onların yaşadığı kənd, şəhər, ölkə haqqında geniş məlumata malik olmaları və onu tanımalarıdır. Vətənpərvərlik hissinin gənclərə aşılanması təlim - tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən biridir.

Vətən uğrunda mübarizədə Azərbaycan Ordusunun şanlı qələbəsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir.

2020 - ci ilin dekabr ayında Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən VIII - IX sinif şagirdləri arasında "Qarabağ Azərbaycandır!" adlı intellektual müsabiqə keçirilmişdir. Müsabiqədə məktəbimizi 9 "D" sinif şagirdi Ağayev Nicat Tahir oğlu təmsil edib.Çox sayda iştirakçı məktəblilər arasından Nicat həvəsləndirici yerə layiq görülmüşdür.Bu günlərdə isə BŞTİ rəhbərliyi tərəfindən fərqlənən şagirdlərlə onlayn görüş və onların mükafatlandırılması baş tutmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi