Birinci siniflərlə "Nağıl terapiyası" mövzusunda onlayn görüş baş tutub
Məktəbin psixoloqu Çinarə Həsənovanın 1 - ci siniflərlə "Nağıl terapiyası" mövzusunda onlayn görüşü baş tutub.
Bu terapiya əsasən 4 -7 yaş arası uşaqlarda effektli olur. Bildiyimiz kimi uşaqlar nağılları çox sevir. Ona görə də uşaqda hər hansı davranışı, məsələn: qorxular, enurez, ailədaxili çətinlik, dərs oxumaqda tənbəllik və.s korreksiya etmək məqsədilə nağıllardan istifadə etmək olar. Ancaq nağıldakı qəhrəmanı uşağınızla tam eyniləşdirməyin. Nağıla mütləq "Biri vardı, biri yoxdu" sözləri ilə başlayın. "Günlərin bir günü "ifadəsindən istifadə edin. Sonda mütləq nəticəni övladınızla müzakirə edin, onun fikirlərinə önəm verin.