Şəhid Kamil Əyyubov doğum günündə yad edildi

Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban verən igidlərdən biri də Şəhid Kamil Baba oğlu Əyyubovdur. 13 oktyabr 2020 - ci il tarixində Kamil Əyyubovun doğum günündə şəhidin əziz xatirəsi məktəbin kollektivi və şagirdlər tərəfindən yad edildi. Şəhidin məktəbin həyətində qoyulmuş büstü ziyarət edildi və büstü önünə qərənfillər düzüldü.

Allah Şəhidlərimizə Rəhmət Eləsin!

Kamil Baba oğlu Əyyubov 1964-cü il 13 oktyabrda Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə 12 № - li məktəbin 10 - cu sinfini bitirmişdir. 1981 - 1986 - cı illərdə Azərbaycan Texniki İnstitutunda "Avtomatika və hesablama texnikası" fakültəsində təhsil almışdır. İnstitutu bitirdikdən sonra Bakı şəhərində "Radiozavod"da mühəndis işləmişdir. 1990-cı ildə Qarabağ hadisələri ilə əlaqədar olaraq iş yerini dəyişdirmiş və 771 № - li Dəmir Yol Tikinti Quraşdırma İdarəsinə işə düzəlmişdir. Xocalıda dəmir yol çəkilişində fəal iştirak etmişdir.

1991 - ci ildə Milli Ordu yaranan kimi ilk ona üzv yazılan gənclərdən biri olmuşdur. O dekabrın 20-də Əskəran rayonunun Meşəli kəndinə göndərilmiş və ayın 23 - də səhər saatlarında ermənilərlə ordunun 10 əsgəri və kənd sakinləri arasında ölüm - dirim mübarizəsində iştirak etmişdir. Kamil döyüş meydanında 2 - 3 erməni öldürərək pulemyot atəşinə tutulmuş və ciddi yaralanmışdır. Yaralı Kamili həkimə çatdırsalar da, yolda çoxlu qan itirərək vəfat etmişdir.

1991-ci il dekabr ayının 26 - da Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. 1992-ci ildə Kamil Baba oğlu Əyyubovun adı məktəbə verilmiş və 1993-cü ildə isə büstü qoyulmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi