Onlayn qaydada məktəbdaxili qiymətləndirmə keçirilib
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 21 may 2020-ci il tarixli KQ-03 №-li qərarı ilə təsdiq edilmiş ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması qaydalarına əsasən hər hansı fənn üzrə illik qiyməti "2", "3" və ya “4” olan və bu qiymətlərlə razılaşmayan V-VIII və X sinif şagirdləri, onların valideynləri və qanuni nümayəndələri tərəfindən məktəb rəhbərliyinə edilmiş müraciətlər nəzərə alınaraq direktor müavini Anar Miriyevin təşkilatçılığı ilə həmin şagirdlər üçün mövcud vəziyyətə uyğun olaraq 27-28 avqust tarixlərində fənlər üzrə Microsoft teams proqramı üzərindən distant formada imtahan təşkil edildi. Fənlər üzrə təşkil edilmiş imtahanlarda məktəbin müəllimlərinin iştirakı ilə şagirdlərin bilikləri qiymətləndirildi. Məktəbin direktoru Rahim Novruzov imtahanların tam şəffaf keçirilməsinin təmin edilməsi məqsədi ilə imtahanların gedişini izləmişdir.