“Evdə qal, təhsildən qalma” aksiyasına məktəbimiz də qoşulmuşdur
Azərbaycan Respublikası Təhsil Nazirliyinin apardığı “Evdə qal, təhsildən qalma” aksiyası çərçivəsində distant dərslərin keçirilməsində məktəbin direktoru Rahim Novruzov, direktor müavinləri və müəllim kollektivi yaxından iştirak edir.
Online dərslərin keçirilməsində əsas məqsəd şagirdlərin təhsildən yayınmasının qarşısının alınması, vaxtlarını səmərəli keçirmələri və bütün tapşırıqları yerinə yetirmələrində onlara kömək etməkdən ibarətdir.