Ümumməktəb valideyn komitə sədrlərinin növbəti iclası keçirildi
Məktəbdə 02.03.2020-ci il tarixində ümumməktəb valideyn komitə sədrlərinin növbəti iclası keçirildi. İclasda məktəb rəhbərliyi olaraq, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Natəvan Mustafayeva,Şəfiqə Əlizadə,tərbiyə işləri üzrə direktor müavini Anar Miriyev, uşaq birliyi rəhbəri Ətlas Rəhimova və sinif valideyn komitələrinin sədrləri iştirak edirdi.İclas məktəb-valideyn münasibətləri mövzusunda keçirildi, valideynlərin iştirakı ilə bağlı olan önəmli məsələlər müzakirə edildi.Toplantıda tərbiyə işləri üzrə direktor müavini Anar Miriyev və təlim-tərbiyə işləri üzrə direktor müavini Natəvan Mustafayeva çıxış etdilər.Sonda valideynlərin sualları dinlənildi və iclas müzakirə şəraitində davam etdi.