İbtidai sinif şagirdləri arasında “Oxu və əylən!” müsabiqəsinin məktəb turu keçirildi

Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin ibtidai sinif şagirdləri arasında “Oxu və əylən!” müsabiqəsinə start verilib.

 

Müsabiqənin təşkil edilməsində məqsəd ümumi təhsil müəssisələrinin ibtidai sinif şagirdlərinin müxtəlif müsabiqələrə cəlbini daha da genişləndirmək, istedadlı və mütaliəyə marağı olan şagirdləri vaxtında üzə çıxarmaq, onların meyil və bacarıqlarının daha da inkişaf etdirilməsi istiqamətində müvafiq iş aparılmasına zəmin yaradılmasını təmin etməkdən ibarətdir.Müsabiqə şagirdlərin oxu vərdişlərini təkmilləşdirmək, onlara uşaq ədəbiyyatına maraq və məhəbbət hisslərini aşılamaq, şagirdlərin təxəyyül, təfəkkür və nitqini inkişaf etdirmək, məktəblilərdə obrazlı təsəvvürlər əsasında ətraf aləm haqqında biliklər formalaşdırmaq kimi vəzifələrə xidmət edir.

 

Müsabiqə çərçivəsində tərbiyə işləri üzrə direktor müavini Anar Miriyevin rəhbərliyi ilə məktəbdaxili mərhələ təşkil edilmişdir.Məktəbin ibtidai sinif şagirdləri əvvəlcədən təyin edilmiş kateqoriyalar üzrə(təmsillər,nağıllar,uşaq ədəbiyyatından seçmələr) ədəbiyyat nümunələrini müəyyənləşdirərək onları səs yazısı vasitəsilə obrazlı şəkildə münsiflər heyətinə təqdim ediblər. 

 

Münsiflər bütün iştirakçıları tələb olunan meyarları nəzərə alaraq qiymətləndirmiş və yekunda ən yaxşı müsabiqə işi olaraq 3e sinif şagirdi Bəşirova Nigar ("Hiyləgər keçi" nağılı) seçilmişdir.Məktəbdaxili mərhələni uğurla keçən şagird final mərhələsində iştirak haqqı qazandı. Final turunun nəticələri müsabiqənin Təşkilat Komitəsi tərəfindən müəyyənləşdiriləcək.

Final mərhələsinin yekununda 3 məktəb I, 3 məktəb II, 3 məktəb III, 3 məktəb həvəsləndirici yer olmaqla, ümumilikdə 12 ümumi təhsil məktəbi qalib olacaq.

Qalib məktəblər mükafatlandırılacaq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi