Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib

Məktəbdə 1 mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib.Tədbirdə məktəbin direktoru Rahim Novruzov, təlim – tərbiyə işləri üzrə direktor müavinləri, tərbiyə işləri üzrə direktor müavini, təsərrüfat işləri üzrə direktor müavini, müəllimlər, məktəblinin dostları və şagirdlər iştirak etdilər.  Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarətdir."Həyəcan siqnalı" ilə məktəbin müəllim və şagird heyəti təxliyyə prosesini icra edib.Şagirdlərin iştirakı ilə təlim də keçirilib. Şagirdlər ilkin yardım və təxliyə zamanı bacarıqlarını nümayiş etdiriblər.Tədbirdə şagirdlərə fövqəladə hal anlayışı, mülki müdafiə, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın, partlayış, zəhərlənmə təhlükəsindən mühafizə, dəm qazından zəhərlənmənin profilaktikası, “112” zəng xidmətindən istifadə, yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi mövzularında ətraflı məlumatlar verilib. Eləcə də şagirdlərin fövqəladə hallarla bağlı bilikləri yoxlanılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi