Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər

        “Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı”na əsasən məktəbdə silsilə tədbirlər çərçivəsində  fevralın 26-da ilk dərs və məşğələlər Xocalı soyqırımına həsr edilib.Tədris olunan dərslər Xocalı qurbanlarının xatirəsini  yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, məktəblilərdə düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək məqsədlərinə xidmət edir.

        Müəllimlər dərs zamanı Xocalının tarixi, coğrafi mövqeyi, faciədən əvvəl əhalinin sayı və tərkibi, iqtisadi göstəriciləri, təhsil, səhiyyə, mədəniyyət ocaqları, tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətlərindən söhbət açıblar. Eyni zamanda, faciə nəticəsində öldürülən, ağır yaralanan, itkin düşən, girov götürülən sakinlərin statistikasından və soyqırımı törədənlərdən bəhs olunub.

        Daha sonra şagirdlərin Xocalı faciəsi ilə bağlı fikirləri dinlənilib, müvafiq mövzu ətrafında müzakirələr aparılıb.

     Bundan başqa tədbirlər planına uyğun olaraq rəsm sərgisi keçirilmiş,şagirdlər Vətənə, topağa aid şeirlər səsləndirib və hazırladıqları divar qəzetlərini,əl işlərini, fotostendləri, guşələri nümayiş etdiriblər.Azərbaycanın bütövlüyü uğrunda mübarizəyə həsr olunmuş sənədli və bədii filmlər nümayiş etdirilib.

        Həmçinin ayrı-ayrı siniflər üzrə Xocalı faciəsinə həsr olunmuş sinif təşkilat saatları da keçirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi