“Şagirdlərin fərdi inkişaf dinamikasının izlənilməsi” layihəsi uğurla həyata keçirilir
Məktəb “Şagirdlərin fərdi inkişaf dinamikasının izlənilməsi” layihəsinə V - X siiniflər üzrə hər parallel sinifdən iki sinif olmaqla ümumilikdə 12 sinif (297 şagird) cəlb etmişdir. Seçilmiş siniflərin sinif rəhbərləri qovluqlarla təmin edilmiş, onlara layihənin mahiyyəti və məqsədi izah olunmuş, kitabçanın işlənməsinə dair təlimat verilmişdir. Məktəb rəhbərliyi tərəfindən müəyyən olunmuş müddət ərzində sinif rəhbərləri özlərinə və fənn müəllimlərinə kitabçada onlara aid olan hissələrdə qeydlər aparmalarını təmin etmiş, məktəbin psixoloqu siniflərdə müşahidələr apararaq öz qeydlərini aparmışdır.Həmçinin məktəbin təşkilatçısı Anar Miriyev şagirdlərin sinifdənxaric və məktəbdənkənar sosial fəaliyyətlərini öz qeydləri ilə qiymətləndirmişdir. Təlim-tərbiyə işləri üzrə direktor müavini Natəvan Mustafayevanın iştirakı ilə cədvəldə adları qeyd edilənlərin iştirakı ilə müzakirələr, təhlillər aparılmış və nəticə direktor müavininin sətirində qeyd edilmişdir. Sonra sinif rəhbərləri valideyn iclasları və valideyn görüşləri təşkil edərək kitabçanın onlara aid olan hissəsinin doldurulmasını təmin etmişlər.